Radiologiya, insan orqanlarında xəstəliklərin diaqnozu və müalicəsi üçün tibbi görüntülərdən istifadə edən tibbi ixtisasdır. Xəstəliklərin diaqnozu və ya müalicəsi üçün rentgenoqrafiya, ultrasəs, bilgisayarlı tomoqrafiya (CT), pozitron emissiya tomoqrafiyası (PET) daxil olmaqla nüvə tibb və maqnetik rezonans görüntüləmə (MRT) kimi müxtəlif görüntü üsullarından istifadə olunur. Müdaxilə radiologiyası, adətən yuxarıda göstərilənlər kimi görüntüləmə texnologiyaları ilə idarə olunan minimal invaziv tibbi prosedurların tətbiqidir.